Hər gün 15-20 dəqiqə sürətlə gəzməyin faydası...

19.06.2017 15:36

Sağlam həyat sürməyin bir neçə vacib şərti var və yuxu norması, düzgün qidalanma və idman etmək həmin sıraya daxildir. Gün ərzində idman məşğələlərinə vaxt ayırmaq, fiziki fəallıq və yaxud açıq havada gəzmək sağlamlığa çox müsbət təsir göstərir.

AZƏRTAC xəbər verir ki, ABŞ alimləri gündə 20 dəqiqə gəzməyin orqanizmdə iltihabi proseslərin azalmasına kömək etdiyini söyləyirlər. Onların apardığı tədqiqatda aparılan tədqiqatlarda iştirak edən 47 könüllü hər gün yüksək sürətlə 20 dəqiqə gəzib. Gəzintidən sonra tədqiqat iştirakçılarının qan analizləri aparılarkən iltihabi markerlərin 5 faiz aşağı düşdüyü müəyyən edilib. Hər gün 15-20 dəqiqə yüksək sürətlə gəzmək orqanizmdə iltihabı prosesləri aradan qaldıra bilər.

Araşdırmaların rəhbəri Sudi Konq bildirir ki, mütəmadi idman edəndə orqanizmdəki immun hüceyrələri üçün çox faydalıdır. Fiziki fəallıq nəticəsində orqanizmdə hormon istehsalının artması immun sisteminə müsbət təsir göstərən reseptorları aktivləşdirir. Lakin bununla belə mütəxəssislər orqanizmi çox yormağı da məsləhət görmürlər.

© xezerxeber.az


427 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR