Xəzər Xəbər

Yeni dünya rekordu Bu əsər...

Maraqlı | 12:41 • 16 Noyabr 2018
Yeni dünya rekordu

Hərracda iki müştəri bir-biri ilə yarışıb.

İngilis rəssam Devid Hokninin 1972-ci ildə çəkdiyi rəsm əsəri "Christie's” hərrac evi tərəfindən Nyu-Yorkda keçirilən hərracda satışa çıxarılıb.

Rəsm əsəri 90.3 milyon dollara satılaraq yaşayan bir rəssama aid ən bahalı sənət əsəri ünvanını əldə edib.

Hokninin "Bir sənətçinin portreti-İki fiqurlu hovuz” əsəri satışa çıxarılmadan əvvəl 80 milyon dollar qiymət qoyulmuşdu. Amma hərracda iki müştəri bir-biri ilə yarışıb.

Bu günə qədər isə "yaşayan bir rəssamın ən bahalı sənət əsəri” ünvanı Ceff Kunsun "Balloon Dog” adlı heykəlinə məxsus idi. Bu əsər 2013-cü ildə 58.4 milyon dollara satılmışdı. Hokninin bir əvvəlki rekordu isə 28.4 milyon dollara satılan sənət əsəri idi.

81 yaşlı rəssamın ən məşhur əsərlərindən biri olan bu rəsmin İngilitərə milyarderi Coe Lyuisin evində olduğu düşünülürdü. Amma hərrac evi nə satıcının, nə də hərraca telefonla qoşulan müştərinin adını açıqlamayıb.(ölkə.az)

Xəbər lenti