Xəzər Xəbər

Turistlər Namibiyada nə görüblər? - FOTO

Maraqlı | 14:25 • 18 Sentyabr 2018
Turistlər Namibiyada nə görüblər? -

Namibiya son illərdə turistlərin maraq göstərdiyi ölkələrdən birinə çevrilib.


Trend-in məlumatına görə, hər il təqribən milyon yarım səyahətçi bu ölkəyə gəlir.


"Namib” sözü nama dilində "boş yer” mənasını verir.


Namibiyada ümumiyyətlə çay yoxdur, amma yağış mövsümündə ölkə ərazisinin 60 faizini su basır.


100 il əvvəl almanlar indi "ruhlar şəhəri” olan Kolmanskopda almaz aşkar edib və bu ərazidə şəhər tikmək qərarına gəliblər. Lakin bir müddət sonra qiymətli daşlar tükənir və insanlar köçür.


Namibiya ərazisinə görə dünyanın 33-cü böyük ölkəsi olsa da, burada insan, belə demək mümkünsə, elə su kimi qıtdır – ölkədə təqribən 2,5 milyon nəfər yaşayır.


"Səhra dövləti”nin hakimiyyəti təbii resursların mühafizəsinə çox ciddi yanaşır. Təsadüfi deyil ki, Namibiya konstitusiyasına ətraf mühitin mühafizəsi ilə bağlı məsələləri daxil edən ilk Afrika ölkəsidir.


Fotolar alman fotoqraf və səyahətçi Mixael Politsaya məxsusdur

Xəbər lenti