Xəzər Xəbər

Siçan 17 min dollar yedi, öldü

Maraqlı | 16:33 • 20 İyun 2018
Siçan 17 min dollar yedi, öldü

Hindistanın Assam ştatında tragikomik hadisə baş verib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, texniklər ştatdakı bankomatlardan birinin içində xırda hissələrə bölünmüş pul əskinasları tapıblar. Onların ümumi dəyərinin 1,2 milyon rupi (17,6 min dollar) olduğu bildirilir.

Əskinasların arasından ölü siçan tapılıb. Ehtimal olunur ki, bankomata kabel xətti ilə düşəmn siçan pulları yeyib və buna görə ölüb.

Xəbər lenti