Xəzər Xəbər

Maska taxanda koronavirusu əlamətsiz keçirmək ehtimalı artırmı?

Maraqlı | 14:51 • 21 Sentyabr 2020
Maska taxanda koronavirusu əlamətsiz keçirmək ehtimalı artırmı?

Tibbi maska taxanların virusa yoluxmaları azalır ki, nəticədə xəstəlik yüngül, yaxud əlamətsiz keçir.


"Express” xəbər verir ki, bəzi tədqiqatçılara görə maska taxmaq koronavirusa qarşı immun gücünü artırır.


Son məlumatlara görə, xəstəlik yüngül və ya əlamətsiz keçsə belə orqanizmin immun cavabı nəticəsində müqavimət gücü xeyli artmış olur.


Bununla yanaşı, orqanizmin müqavimət gücünü artırmağın bir səmərəli vasitəsi kimi variolasiya deyilən az miqdarda virusu yeritmək üsulu da məlumdur. Lankaster Universitetinin fəxri doktoru Culian Tanqın fikrincə, variolasiya da immun gücünü yumşaq şəkildə artırmaqla tibbi maskanın qoruyucu səmərəsini artıra bilər. Lakin ekspertin dediyinə görə, bu fərziyyəni təsdiqləmək üçün əlavə tədqiqatlara ehtiyac var./report

Xəbər lenti