Xəzər Xəbər

Kardioloq yaxınlaşan ölüm əlamətlərini açıqladı

Maraqlı | 13:39 • 13 Avqust 2020
Kardioloq yaxınlaşan ölüm əlamətlərini açıqladı

Kardioloq Anatoli Trifonov xəstənin ölüm təhlükəsində olduğunu göstərən əlamətləri açıqlayıb.


Rusiya mətbuatı xəbər verir ki, həkim müsahibəsində ürək və damar sistemi kimi xroniki xəstəliklərin əsas əlamətlərinin ölümdən 10-15 gün əvvəl görünməyə başladığını deyib. Onun sözlərinə görə, xəstədə şiddətli təngənəfəslik, letargiya, naxoşluq, panik atak, dərinin qızarması və ya solğunlaşması, habelə genişlənmiş göz bəbəkləri, tez-tez huşun itirilməsi müşahidə olunur. Sağlamlıqdakı kəskin dəyişikliklər ölümlə nəticələnə biləcək ürək çatışmazlığında da özünü göstərir.


"Ölümdən əvvəl dəri rəngi solmağa, soyumağa, ağızdan köpük gəlməyə başlayır, qıcolma müşahidə olunur. Bu vəziyyətdə ölüm 1,5-2 saat ərzində baş verə bilər”, - Trifonov əlavə edib.


Kardioloq xəstədə bədən üzvlərinin şişdiyini və yüksək hərarətin ola biləcəyini qeyd edib./Publika.az

Xəbər lenti