Xəzər Xəbər

Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb

Maraqlı | 15:27 • 11 İyul 2020
Brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb

Hindistanın Qucarat ştatında koronavirus pandemiyası fonunda zərgərlik mağazalarından birində brilyantlarla bəzədilmiş tibbi maskalar satışa çıxarılıb.


Maskalara brilyantlarla yanaşı, qızıl da vurulur.


Mağaza sahibi bildirib ki, brilyantlarla bəzədiliş maska satmaq fikri bir müştərinin müraciətindən sonra yaranıb. Müştəri satıcıdan yaxın zamanlarda toyu olacaq cütlük üçün unikal hədiyyə istəyib.


Maskaların qiyməti üstündəki bəzəklərdən asılı olaraq 2 min dollarda 5 min dollardək təşkil edir.

Xəbər lenti