Xəzər Xəbər

ÜST rəhbəri vaksinlərdən danışdı: “Təminatı yoxdur”

Maraqlı | 12:32 • 2 İyul 2020
ÜST rəhbəri vaksinlərdən danışdı:

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus hazırda dünyada hazırlanan koronavirus peyvəndlərinin sayını açıqlayıb. Onun sözlərinə görə, alimlər 141 serum üzərində işləyirlər.


Təşkilatın baş direktoru "The Washington Post”da dərc olunan məqaləsində bəzi elm adamlarının cəmi bir neçə ay ərzində uğurlu nəticələr əldə edəcəyini qeyd edib:


"İcad olunan dərmanlar sayəsində COVID-19-dan qorunmanın tam təminatı yoxdur, amma ümid var. Əlbəttə, Birləşmiş Ştatlar təşkilatın yarandığı gündən ÜST-nin əsas tərəfdaşıdır. Dünyadakı milyonlarla insanın həyatını yaxşılaşdırmaq üçün birlikdə çalışdıq”.


Qebreyesus əlavə edib ki, koronavirus pandemiyası səhiyyə böhranının həlli üçün dünya birliyinin əməkdaşlığa ehtiyacı olduğunu göstərdi. Eyni zamanda vurğulayıb ki, COVID-19 əleyhinə peyvəndin hazırlanması virus haqqında məlumat ortaya çıxdıqdan dərhal sonra başlanıb.

Xəbər lenti