Xəzər Xəbər

Kimlər koronavirusu ağır keçirir? PROFESSORDAN AÇIQLAMA

Maraqlı | 13:22 • 30 İyun 2020
Kimlər koronavirusu ağır keçirir?

Koronavirus infeksiyası riski və xəstəliyin şiddəti birbaşa insanın genetik amilləri ilə bağlıdır.


Bu barədə TASS agentliyinə müsahibəsində insan molekulyar genetikası laboratoriyasının müdiri, Belqorod Dövlət Milli Araşdırma Universitetinin professoru Mixail Çurnosov söyləyib:


"Bəzi insanların ciddi şəkildə xəstələnməsinin səbəblərindən, digərlərinin xəstələnməməsinin izahlardan biri də müəyyən bir xəstənin fərdi genetik xüsusiyyətləridir. Demək olar ki, bütün xəstəliklər genetik təbiətə malikdir. Odur ki, bəzi insanlar koronavirusa daha həssasdır, digərləri az, xəstəliyin gedişatı da genetik amillərlə müəyyən edilir”.


Mixail Çurnosov qeyd edib ki, ikinci qan qrupu olan insanlar koronavirus infeksiyası ilə yoluxmağa daha həssasdır. Bu vəziyyətdə qan qrupu bədənin patogenə reaksiyasını təyin edən bir genetik markerdir.


"Koronavirusun ağır gedişatının digər bir səbəbi somatik patologiyanın olmasıdır: şəkərli diabet, piylənmə və sair - həm də genetik bir xəstəlikdir” , - deyə ekspert əlavə etdi./Publika.az

Xəbər lenti