Xəzər Xəbər

Saçları sabunla yumaq olar?

Maraqlı | 09:35 • 30 İyun 2020
Saçları sabunla yumaq olar?

Bu sual bir çox insanı maraqlandırır. Saçları sabunla yumaq olar?


Bəzilər belə hesab edir ki, sabun saçları daha yaxşı təmizləyir, yumşaq və qalın edir.


Ekspertlərin fikrinə görə, sabun saçları yumaq üçün heç də yaxşı seçim deyil.


Sabun saçları və saç dərisini qurudur və bu da saçların vəziyyətinə yaxşı təsir etmir. Həmçinin sabun çətinliklə yuyulur və saçların üzərində sanki tutqun qat qalır ki, bu da saçların görünüşünü korlayır.


"Kimsə deyə bilər ki, keçmişdə nənələrimiz saçlarını yalnız sabunla yuyurdu, ancaq onların saçları indiki qadınların saçlarından qat-qat daha sağlam və qalın idi. Burada bir neçə məqam var. İlk növbədə nənələrimiz daha ekoloji təmiz şəraitdə yaşayırdı, həm də o vaxt sabun təbii xammaldan istehsal olunurdu, müasir sabun isə sırf kimyəvi məhsuldur", - deyə eksbertlər bildiriblər./Publika.az

Xəbər lenti