Xəzər Xəbər

Ölkədə pandemiya ilə əlaqədar olaraq vəziyyət sərtləşəcək

Maraqlı | 19:19 • 28 May 2020
Ölkədə pandemiya ilə əlaqədar olaraq vəziyyət sərtləşəcək

Cənubi Koreyada və xüsusən də ABŞ-da rəqəmlərin artması səbəbi ilə hökumət məhdudiyyətləri yenidən gücləndirməklə bağlı qərar qəbul edib.

Bütün dünyada koronavirusa yoluxanların sayının artması müşahidə olunur. Artıq Cənubi Koreya yaranmış bu vəziyyətlə əlaqədar olaraq daha sərt addımlar atmağı qərarlaşdırıb. Sputnik Azərbaycan-ın "The Guardian"-a istinadən xəbərinə görə, Cənubi Koreyada və xüsusən də ABŞ-da rəqəmlərin artması səbəbi ilə hökumət məhdudiyyətləri yenidən gücləndirməklə bağlı qərar qəbul edib.

Belə ki, "The Guardian"ın xəbərinə görə, ötən gün son iki yada ilk dəfə olaraq Cənubi Koreyada virusa yoluxan və ölənlərlə bağlı rəqəmlərdə sıçrayış müşahidə olunub.

Qeyd edək ki, yaran mış vəziyyət bir çox ölkələrdə gözlənildiyi kimi, Cənubi Koreya iqtisadiyyatını da vurub. Bu barədə isə "Bank of Korea" məlumat yayıb. Belə ki, məlumata görə, 1990-cı ildən sonra ilk dəfə olaraq ölkə iqtisadiyyatında gərginlik müçahidə olunub.

Xəbər lenti