Xəzər Xəbər

Məşhur professordan ŞOK İDDİA: Koronavirusun mənbəyi Uhan deyil, daha əvvəl... - FOTO

Maraqlı | 18:35 • 31 Mart 2020
Məşhur professordan ŞOK İDDİA:

Dünyanın 220-dən çox ölkəsinə yayılan yeni tip koronavirusun qaynağı Çinin Uhan şəhəri deyil.

Bunu amerikalı elm adamı, Tulane Universitetinin tibb fakültəsinin professoru Robert Gerri iddia edib.

Onun sözlərinə görə, Uhandakı dəniz məhsulları bazarı Kovid-19-un qaynağı deyil. Virusun ilk mənbəyi var.

Gerri yarasada tapılan yeni tip koronavirusun səth proteinində yaşanan mutasiyanın pandemiyaya çevrilməsində əhəmiyyətli səbəb ola biləcəyini, lakin bugünkü vəziyyətə gəlmədən əvvəl bu tip virusun daha zəif versiyasının insanlar arasında bir neçə ildir ki, yayıldığını bildirib.

"Nature Medicine” dərgisində yayımlanan araşdırmanın həmmüəllifi olan R.Gerri ABC kanalına verdiyi müsahibədə Kovid-19 ilə yarasada aşkarlanan yeni virus arasında 96% bənzərlik olduğunu vurğulayıb.

"Analizlərimiz və digər bəzi analizlər bundan daha erkən qaynağın olduğuna işarə edir. Uhandakı o bazarda dəqiq xəstəlik ola bilər. Amma bazar koronavirusun qaynağı deyil”, - professor bildirib.

ABŞ Milli Səhiyyə İnstitutunun direktoru Frensis Kollins də şəxsi sosial media hesabından etdiyi paylaşımda məqalədəki görüşü dəstəklədiyini ifadə edib. Kollinsin fikrincə, koronavirus hətta onillər öncə heyvandan insana keçib və ciddi xəstəliyə səbəb olacaq dərəcədə təkamül edib.

Qeyd edək ki, COVID-19-un Çinin Uhan şəhərindəki "Huanan” dəniz məhsulları bazarında ortaya çıxdığı və dünyaya yayıldığı bildirilir. 802 mindən çox insanın yoluxduğu virusun yarasadan, ilandan və panqolindən keçdiyi iddia edilir./publika.az

Xəbər lenti