Xəzər Xəbər

Dünya şöhrətli neyrofizioloqdan beyni gücləndirən və dərini cavanlaşdıran 12 qayda

Maraqlı | 10:12 • 13 İyun 2019
Dünya şöhrətli neyrofizioloqdan beyni gücləndirən və dərini cavanlaşdıran 12 qayda

50 mindən çox xəstənin beyin tomoqrafiyasını öyrənən neyrofizioloq Daniel Amen bildirib ki, beynin hansı vəziyyətdə olduğunu başa düşmək çox asandır. Bunun üçün sadəcə olaraq insanın üzünə baxmaq kifayətdir.

Mütəxəssis dərinin vəziyyətinin beyinlə oxşar və bir-biri ilə əlaqəli olduğunu iddia edib.

Əgər dərinin qırışmasını istəmirsinizsə, ilk növbədə beyin sağlamlığı ilə məşğul olmalısınız. Oxuyucuları neyrofizioloqun beyni gəncləşdirən və dərini cavanlaşdıran 12 qaydası ilə tanış edirik:

1. Beyin yaxşı yatanda dəri parlayır

Yaxşı yuxu cavanlaşdırır. Dəri hüceyrələrinin yenilənməsi, ölü dəri hüceyrələrinin təzə və yeni hüceyrələrlə dəyişdirilməsi yuxu zamanı sürətlənir. Yaxşı yuxu bütün gəncləşdirici kosmetikalardan və prosedurlardan effektli təsir göstrir. Yuxu zamanı dəri bərpa edilir və gün ərzində yığılmış toksinlərdən təmizlənir. Bədən hormonlarının balansı bərpa edilir və xəstəliklərin qarşısını alır.

2. Stressiz - hər şey hamardır

Daha gənc görünmək üçün stressi aradan qaldırın. Həyatınızdakı stressi azaltmaqla dəri vizual olaraq bir neçə yaş daha cavan görünməyə başlayır və yaşlanma prosesi ləngiyir. Stress hormonları nəzarət altında olduqda, dəridə daha az qırış və ləkələr görünür.

3. Qan dövranını yaxşılaşdırmaq üçün məşqlər

Qan dövranının sürətlənməsi ilə beyin və dəri qan dövranı yaxşılaşır. Hüceyrə yenilənməsi və kollagen artımı yaxşılaşır, mikro zədələr və dəri yaraları daha sürətlə sağalır. Bu, artmış qan dövranının təsirlərinin bir hissəsidir.

4. Hormonları balansda saxlayın

Qara nöqtələr, quru dəri, yağlı dəri, qırışlar, şişkinlik və sallanma - bütün bu əlamətlər bədəndə hormon balansının pozulması ilə bağlı ola bilər. Məsələn, estrogen hormonu yaşlanma prosesini zəiflədir, cildin elastikliyini qorumağa kömək edir. Estrogen sayəsində kollagen lifləri bir-biri ilə birləşərək elastiklik və hamarlığı təmin edən bir cür şəbəkə təşkil edir və dərini sallanmadan qoruyur. Yaşla əlaqədar olaraq estrogen səviyyəsinin azalması dəri toxumalarının zəifləməsinə gətirib çıxarır. Bədənin hormon balansını qorumaqla dərinin yumşaq, hamar və parlaq qalmasına kömək edəcəksiniz.

5. "Yaşamaq sevmək deməkdir" - daha çox sekslə məşğul olun

Yaxşı, müntəzəm seks estrogen və dehidroepiandrosteron kimi hormonların səviyyəsini artırır ki, bu da dərinin hamar və elastik olmasına kömək edir. Bir məzəli tədqiqata görə, müntəzəm sekslə məşğul olmaq 10 yaş cavan qalmaq deməkdir.

6. Kofein və spirti məhdudlaşdırın

Cildinizin yumşaq və elastik görünməsini təmin etmək üçün sidikqovucu içkilərdən qaçın.

7. Siqareti tərgidin

Siqareti atmaqla, dərinizə dəyən zərərin bir hissəsinin qarşısını ala bilərsiniz.

8. Beyin üçün faydalı məhsullar yeyin

Beyin üçün faydalı olan antioksidanlarla zəngin qidalar dəriyə sağlam görüntü qazandırır və hüceyrələrin yenilənməsi prosesini artırır.

Похожее изображение

9. Sağlam çəkini qoruyun

Sabit və normal çəki dərini tonusda salxayır və elastikliyini qoruyur.

10. Daha çox su için

Kifayət qədər su içmək dərinin nəm balansını təmin edir, dolayısı ilə qırışların da qarşısını alır.

11. Günəşə diqqət yetirin

Bədəndə kifayət qədər D vitamini istehsal olması üçün günəşli havada gəzmək lazımdır. Ancaq aşırı dərəcədə günəş şüalarına məruz qalmaq yaş ləkələrinə və ya erkən yaşlanmağa səbəb ola bilər. Ekspertlər hesab edirlər ki, gün ərzində günəşdə təxminən iyirmi dəqiqə gəzmək kifayətdir. Qalan zaman günəş kremi istifadə etmək məsləhətdir.

12. Ruhi xəstəliklərdən və yaddaş problemlərindən qurtulun

Xroniki stress, depressiya, narahatlıq, təşviş və ya psixiki aktiv maddələrdən sui-istifadə dərini canlılıq və elastikdən məhrum edir. Bu xəstəliklərdən nə qədər tez xilas olsanız, bir o qədər yaxşıdır. Onda dərinin görünüşü də bərpa olunacaq./publika.az

Xəbər lenti