Xəzər Xəbər

BMT-dən təklif: “Həşəratları yeyin, dadı balığı xatırladır”

Maraqlı | 12:57 • 16 May 2019
BMT-dən təklif:

Dünyada qida çatışmazlığı BMT-nin hesabatlarında çox əks olunur. Beynəlxalq qurum çıxış yolunu həşərat yeməkdə görür.

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatının (FAO – Food and Agriculture Organization) eksperti Culiya Muir belə açıqlama verib. Mütəxəssis "Ria Novosti”yə deyib: "Dünyanın bir çox yerlərində həşərat yemək yenilik deyil, adi təcrübədir. İki milyard insan həşərat yeyir”.

Muir bildirib ki, həşəratla qidalanmaq faciə deyil. Onların dadı bir az da balığı xatırladır.

Ekspert deyir ki, iribuynuzlu heyvanlara nisbətən həşərat ətinin istehsalı daha təmizdir.

Fevralın 12-də Sidney Universitetinin əməkdaşları həşəratların kütləvi qırılması ehtimalı haqda xəbərdarlıq etmişdilər. Təxminən 100 il sonra həşəratların əksər növləri Yer üzündən silinə bilər./Bizimyol.info

Xəbər lenti