Xəzər Xəbər

İş yerində telefonu enerjiyə qoşmaq olmaz – Rusiyada qəribə qadağa

Maraqlı | 16:42 • 23 Mart 2019
İş yerində telefonu enerjiyə qoşmaq olmaz

Rusiyanın Tatarıstan respublikasının Baltasinsk rayonunda büdcədən maliyyələşən təşkilatlarda işçilər elektrik enerjisindən istifadə edə bilməyəcəklər.

İcra strukturunun əmrinə görə, əməkdaşların telefonunu elektrik mənbəyindən enerji yığmamalıdır. Üstəlik, elektrik çaydanlarından da istifadə etmək olmaz.

Baltasinsk rayon icra komitəsinin rəhbəri Aydar Xayrutdinovun imzaladığı sənəd barədə büdcə təşkilatlarında işləyən hər kəsə məlumat verilib. Guya məqsəd elektrik enerjisinə qənaətdir. Hər ay enerji sərfiyyatına xüsusi nəzarət olunacaq.

Təsəvvür edin, məktəblərdə, xəstəxanalarda elektrik enerjisindən normal qaydada istifadəyə ciddi qadağa qoyulub. Bunu Baltasinsk rayon təhsil şöbəsinin rəhbəri Aliyə Zəkiyeva da təsdiqləyib. Amma deyib ki, məqsəd yanğından təhlükəsizliyi təmin etməkdir.

Baltasinsk rayonunda deyirlər ki, tezliklə bütün Tatarıstanda bu qayda tətbiq olunacaq./Bizimyol.info

Xəbər lenti