Xəzər Xəbər

Məşhur baş məşqçinin çeynənmiş saqqızı rekord qiymətə satıldı

Maraqlı | 17:40 • 20 Mart 2019
Məşhur baş məşqçinin çeynənmiş saqqızı rekord qiymətə satıldı

"eBay" internet hərracında 517 min dollara çeynənmiş saqqız satılıb.

Saqqız "Mançester Yunayted"in sabiq baş məşqçisi Aleksis Ferqüssona məxsus olub.

Təcrübəli baş məşqçi həmin saqqızı 19 may 2013-cü il tarixində keçirilən "Vest Bromviç"- "Mançester Yunayted” (5:5) oyununda çeynəyib. Həmin matç Ferqüsson üçün "MY”də son oyun olub.

Məlumata görə, hərracdan əldə olunan vəsait "MY"nın xeyriyyə fonduna köçürüləcək.

Xəbər lenti