Xəzər Xəbər

Düşüncə gücü ilə taleyinizi dəyişdirən KVANT SİRRİ

Maraqlı | 17:14 • 6 Dekabr 2018
Düşüncə gücü ilə taleyinizi dəyişdirən KVANT SİRRİ

Bir çox insanlar deyir ki, sahib olduqlarına görə şükür etmək, məğlubiyyətdən zövq almaq və ya həyata təşəkkür etmək özü-özünü aldatmaqdır. Bu, sadəcə mənasız bir sayıqlamadır. Bəs həqiqətləri onların özünə xoşbəxtlik gətirirmi?

Bu yazıda oxucuları düşüncə gücü ilə həyatımızı dəyişdirməyə kömək edən üsulla tanış edirik.

İnsanların əksəriyyəti xoşagəlməz hadisələrə standart reaksiya verir: əsəbi, qəzəbli və neqativ. Adam öz daxilində vəziyyətlə mübarizə aparmağa başlayır və bu zaman müqavimət hissi baş qaldırır. Bu, yanlışdır. Hadisələrə aqressiv münasibət göstərməklə vəziyyəti yaxşılaşdırmaq olmaz.

Neqativin hansısa məqsədi varmı? Heç bir məqsədi yoxdur. Əksinə, qıcıq və aqressiya daha çox mənfi yaradır. Kvant aləmi öyrənən alimlər deyirlər ki, bütün dünya – enerjidən ibarətdir. Bütün hissəciklər eyni zamanda hər yerdədir. Bu kvanta qeyri-müəyyənlik deyilir. Bu, paradoksdur. Müşahidəçi – insan yoxdursa, dünya mövcud deyil. Və bu, elmi faktdır.

Bütün elementar zərrəciklər öz vəziyyətini sadə müşahidələr arxasında dəyişir. Yəni, gözləmə müddəti insan eksperimentinin nəticəsinə həmişə təsir edir. Hər bir insan özünə görə 100% haqlıdır. Siz həmişə əvvəlcə nəyəsə inanırsınız, sonra isə öz əqidinizin təsdiqini tapırsınız.

Məsələn, kifayət qədər pulunuzun olmadığına inanırsınız. Və bu, doğrudur. Onlar daim çatışmır. Yaxud da bu şəhərdə yaxşı bir iş tapmaq mümkün olmadığı düşüncəsi ilə öz həyatınızı uçuruma aparırsınız. Və yenə də haqlısınız. Amma ətrafınızda hər şeyə pulu çatan insanlar da yaşayır. Və onlar yaxşı işdə çalışırlar. Bu, niyə belədir? Onların bəxti gətirib? Xeyr.

Kvant fizikası qanunu: Siz əbədisiniz! Həmişə istisnasız gözlədiyiniz nəticəni alırsınız.

Bu fikirlərlə razı deyilsinizsə, 100% haqlısınız. Bəs bu cür yanaşma sizə sülh, aydınlıq, xoşbəxtlik gətirirmi? Bütün maneələri aşmağa və onları asanlıqla aradan qaldırmağa kömək edirmi? Əgər cavab bəlidirsə, onda sizdən öyrənməli çox şey var.

Qolu əzilmiş bir insana həkimlər əlil qalacağını söyləyib. Və həmin şəxs onlara inanıb. Lakin ağır travmadan sonra özünü sağaldan insanlar haqqında oxuduqdan sonra həyatı tamamilə dəyişib. Və bunun mümkün olduğuna inanıb. Nəticə: indi o, tamamilə sağlamdır. Yüzlərlə belə misallar çəkmək olar.

Başqa biri 15 il inanıb ki, yoxsulluq taleyin hökmüdür. Hamısı da əbəs yerə. Sonra isə özünü inandırıb ki, asanlıqla maddi azadlığa nail ola bilər, bir müddət sonra onda hər şey alınıb.

İnanırdım ki, həyatla mübarizə aparmaq lazımdır və mənim dünyam,təhlükəli, məkrli və qəddar idi. İndi isə mən həmişə himayə olunduğuma inanıram. Hər şey mənim xoşbəxtliyim üçündür. Dünya mənim qeydimə qalır.

Biz hər an seçim edirik. Biz hər an öz reallığımızı yaradırıq. Başınıza xoşagəlməz hadisələrin gəlməsini istəmirsinizsə, seçim etmək haqqınız var. Siz kvant yolayrıcına düşəcəksiniz. Əgər siz hələ də qəzəblənməyə davam edirsinizsə, deməli, səhv istiqamətə dönmüsünüz. Siz kinli dünyaya gedib çıxmısınız.

Əgər sizə hər şey xoşdursa, deməli, hər şey yaxşıdır. Əgər belə deyilsə, özünüzə "Ura!" deyin. Onda hər şey yaxşı olacaq. Odur ki, reallığa xoş gəlmisiniz! Reallıq həmişə xeyirxahlıq və bitərəfdir. Yalnız fikir və qiymətləndirmə onu bəzəyir.

Fərqi yoxdur ki, pis və ya yaxşı, əgər yaşadığınız təcrübələrə həqiqətən sevinirsinizsə, bütün problemləriniz öz özünə həll olunur. Hətta bir qədər qeyri-adi və dava-dalaşsız. Yaşadığınız hər hansı problemlərə baxmayaraq, sülh və sakitlik həyatınızda daimi olacaq./publika.az

Xəbər lenti