Xəzər Xəbər

13 iyula HAZIR OLUN: ikinci dəfə olacaq və 3 saat davam edəcək

Maraqlı | 18:25 • 9 İyul 2018
13 iyula HAZIR OLUN:

İyulun 13-də ilin ikinci Günəş tutulması baş verəcək. Həmin gün Günəş qismən tutulacaq.

Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda bildirilir ki, tutulma Bakı vaxtı ilə 05:48:23-də başlayacaq, 08:13:44-də başa çatacaq. Maksimum tutulma 07:01:05-də olacaq. Tutulma 3 saat 29 dəqiqə davam edəcək.

Tutulma cənub yarımkürəsinə düşəcək. İyulun 13-də baş verəcək Günəş tutulması Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edəcək.

Qeyd edək ki, ilin ilk Günəş tutulması fevralın 15-də, üçüncü tutulma isə avqustun 11-də olacaq./publika.az

Xəbər lenti