Xəzər Xəbər

Dünyanın ən dar evi - FOTO

Maraqlı | 18:02 • 14 Noyabr 2017
Dünyanın ən dar evi -

Dünyanın ən dar evi Polşanın paytaxtı Varşavada yerləşir. Onun eni yerindən asılı olaraq, 92-152 santimetr arasında dəyişir.


AZƏRTAC billionnews.ru saytına istinadla xəbər verir ki, iki bina arasında tikilən və iki mərtəbədən ibarət evdə yataq, mətbəx, vanna, hətta qonaq otaqları var.


Polşa arxitektoru Yakub Şens tərəfindən layihələndirilən və normal yaşayış üçün yararsız hesab edilən ev rəssamların müvəqqəti sığınacağı üçün nəzərdə tutulub.

Xəbər lenti