Xəzər Xəbər

Əsl adrenalin yaşamaq istəyənlərin nəzərinə - 30 min dollar verib azırsan, sonra isə... - FOTOLAR

Maraqlı | 16:49 • 13 Oktyabr 2017
Əsl adrenalin yaşamaq istəyənlərin nəzərinə -

Böyük Britaniyanın paytaxtı Londonda "Black Tomato” turizm şirkəti müştərilərinə qeyri-adi tətil təklif edir.

Şirkət müasir həyatın səs-küyündən uzaqlaşmaq istəyən insanları müxtəlif insan ayağı dəyməyən coğrafi məkanlara apararaq onları sivil cəmiyyətdən təcrid edirlər. Lakin şirkət əvvəlcə müştərilərinə çətin şəraitdə sağ qalmaq təlimləri verir. Müştərilər öz istəklərinə uyğun olaraq 5 təbii zonadan birini - qütbləri, dağları, adaları, meşələri və ya çöllük ərazini seçə bilərlər. Yolçular şəxsi təyyarə ilə istədikləri əraziyə çatdırılırlar. Onlar təkcə getdikləri ölkənin adını bilirlər və sağ qalmaq üçün müəyyən ləvazimatlarla təmin olunurlar.

Səyahət komandası "azmış” şəxsləri çip vasitəsi ilə təqib edir. Yolçular fövqəladə vəziyyət istisna olmaqla heç bir halda heç kimlə əlaqə qura bilmirlər.

Azmışlar əlindəki xəritədə göstərilən işarəli məkanlara çatdığı halda səhayət sona çatır.

Bütün bu xidmətlərin haqqı isə, 30 min dollar təşkil edir. Belə bir tur üçün artıq çoxsaylı müraciətlər olub. Ona görə də şirkətin xidmətindən yararlanmaq üçün 6 ay əvvəlcədən müraciət etməlisən./AzNews.az

Xəbər lenti