Xəzər Xəbər

Hitlerin göz bəbəyi və dünyada ən çox satılan maşın: `Volkswagen Beetle` - FOTO

Maraqlı | 13:33 • 14 Sentyabr 2017
Hitlerin göz bəbəyi və dünyada ən çox satılan maşın:

Adolf Hitler ucuz, rahat və hər almanın ala biləcəyi avtomobil istehsal etmək istəyirdi və həbsdə olduğu vaxtlarda Henri Fordun bioqrafiyasını oxuyub, bu cür maşını hazırlayacağını bilirdi. Üstəlik, bu cür avtomobilin istehsalı Hitleri xalqın gözündə daha da yüksəldəcəkdi. 1931-ci ildə istedadı göz önündə olan mühəndis, "Porshce"nin yaradıcısı Ferdinand Porşeyə yeni layihəsindən danışır. Porşe də belə bir avtomobil görmək istəyirdi və ikitərəfli bu yeni avtomobilin istehsalı üçün razılaşırlar.

Ferdinand Porşe

FaktXəbər-in məlumatına görə, yeni avtomobilin hazırlanması işində Porşe ilə birlikdə Hitler də şəxsən çalışdı və avtomobilin dizaynına yardım etdi. Hitler Almaniyanın o zamanlar çox da inkişaf etməmiş Volfsburq şəhərində Avropanın ən böyük avtomobil zavodunu qurdu və adını "Xalq maşını" mənasını verən "Volkswagen" qoydu. "Porshce"nin mühəndisi Franz Xaver tərəfindən loqosu hazırlandı və 1932-ci ildən 1938-ci ilə qədər avtomobilin istehsalı üçün çalışıldı. Hətta 1937-ci ildə Ferdinand Porşe Hitler tərəfindən Almaniya Milli Mükafatına layiq görüldü.

Adolf Hitlerin "Volkswagen Beetle" için çəkdiyi dizayn  - 1933

27 may 1938-ci ildə Hitler yeni avtomobilini KFD Wagen (Kraft Durch Fraude - Sevin və Qüvvət, Wagen - maşın) kimi təqdim etdi və böyük uğur qazandı. "New York Times" yeni avtomobil barədə yazarkən onu "Hitlerin göz bəbəyi" adlandırdı. Ancaq bu avtomobilin istehsalı çox çəkmədi və İkinci Dünya Müharibəsi ilə birlikdə zavod müharibə materialları istehsal etməyə başladı. 1945-ci ildə müharibənin bitməsiylə birlikdə ilk öncə ABŞ, sonra da İngiltərə zavodu müsadirə etdi və istehsal yenidən başladı.

"Volkswagen Beetle"nin ilk nümayişi - 27 may 1938

1948-ci ildə Hayns Nordhoffun "Volkswagen"in rəhbərliyinə gəlməsi ilə birlikdə yeni "Beetle" istehsalı başladı. Yeni istehsal edilən "Beetle"nin satışı 1954-cü ildə 1 milyona çatdı və Qərbi Almaniyadakı hər üç avtomobildən biri "Beetle" oldu. Daha sonra 1958-ci ildə pop ulduzu Elvis Preslinin Qərbi Almaniyada xidmət etdiyi vaxt özünə "Beetle" almasıyla "Beetle" yenidən populyarlaşdı və "Volkswagen" "Beetle"nin ABŞ-a ixracına qərar verdi.

Elvis Presli Qərbi Almaniyada hərbi xidmətdə olarkən

1959-cu ildə "Volkswagen" "Beetle"nin ABŞ-a ixracı üçün yeni kampaniya aparmağa qərar verdi və DDB (Doyle Done Bernbach) agentliyi ilə razılaşdı. DDB-nin bu kampaniya üçün qarşısında böyük əngəl var idi, o da "Beetle"nin adının Adolf Hitlerlə bərabər çəkilməsiydi. Hətta bunun üçün agentlik rəsmisi Corc Luis belə demişdi: "Yəhudilərə alman maşını satmaq məcburiyyətindəyik". Amma DDB-nin baş direktoru Uilyam Bernbax dərhal işə başladı. Rejissor Helmut Krona və reklam müəllifi Culian Koenig ilə birlikdə reklamlaşdırmada inqilabi xarakteri daşıyan kampaniyaya imza atdılar: "Think small".

"Think small" kampaniyası o zamana qədər olan digər avtomobil reklamlarının əksinə, çox sadə və yaradıcı idi. Amerikalıların illərlə məşğul olduğu park problemi, benzin istehlakı, avtomobil qəzası kimi məqamlara toxunurdu və üstəlik, bunu zarafatla edirdi. Yeni reklamlar çox sevildi və haqqında çox danışıldı. Reklamlaşdırmada yaradıcılıq məktəbini açdı və Uilyam Bernbaxın tarixin ən böyük reklam agentlərindən biri olmasına töhfə verdi. ABŞ-da satışlar 25%-ə qədər artdı.

"Beetle" barəsində 1963-cü ildə "Herbie" adlı film çəkildi və bu da onun populyarlaşmasına səbəb oldu. "Hippie" cərəyanının nümayəndəsinə çevrildi və azadlığın, sülhün, sevginin simvoluna çevrildi. "Beetle" avtomobildən çox ikonaya çevrildi və bu da onun 2003-cü ilə qədər istehsalını təmin etdi. 1938-ci ildən 2003-cü ilə qədər 21.5 milyon ədəd avtomobil satıldı və dünyanın ən çox satılan kabrioleti tituluna sahib oldu. Haqqında kitablar yazıldı və "Mad Men" kimi seriallarda ondan bəhs edildi. "Think small" kampaniyası isə "Advertising Age" və bir çox reklam şirkətinin rəyinə əsasən dünyanın ən yaxşı reklam kampaniyası seçildi.

İllər öncə Hitlerin qurduğu "Volkswagen" bu gün "Audi", "Porshce", "Bentley", "Bugatti", "Lamborghini", "Seat", "Skoda" kimi brendlərin sahibidir. "Volkswagen" həmçinin hələ də xüsusi olaraq "Beetle" istehsal edib satır. Bunun ən sonuncusu da 2017-ci il istehsalı olan #PinkBeetle-dir. Bu avtomobilin qiyməti 19900 dollardır və dünyada yeganə avtomobildir ki, adı haştaqla başlayır.

faktxəbər

Xəbər lenti