Dünyanın ən yaxşı muzeylərinin reytinqi açıqlanıb

13.10.2018 12:13

Turistlər arasında populyar olan "TripAdvisor” saytının istifadəçilərinin versiyasına əsasən dünyanın ən yaxşı muzeylərinin siyahısı dərc olunub.

Xezerxeber.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 1850-1910-cu illərdə Avropanın rəsm və heykəltəraşlıq üzrə ən böyük külliyyatının toplandığı Parisin Orse təsviri sənət muzeyi reytinqə başçılıq edir.

Reytinqdə ikinci və üçüncü yerlərdə Nyu-Yorkda yerləşən 11 sentyabr Milli Memorial muzeyi (2001-ci ildə hücuma məruz qalan Dünya Ticarət Mərkəzinin qüllələrinin yerində tikilən kompleks) və Metropoliten-muzey qərarlaşıb.

Dünyanın 25 muzeyinin yer aldığı siyahıya Sankt-Peterburqdakı Dövlət Ermitajı da daxil olub.

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR