Belçikalı rejissor Xurşidbanu Natəvan haqqında film çəkmək niyyətindədir

19.07.2018 14:22

Belçikalı tanınmış rejissor Mişel İvo Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub.

AMEA-dan xezerxeber.az-a bildirilib ki, Əlyazmalar İnstitutu direktorunun elmi işlər üzrə müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşən belçikalı rejissor görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın həyatı barədə sənədli film çəkmək niyyətində olduğunu deyib.

M.İvo Xurşidbanu Natəvanın əsərlərinin institutda saxlanılan əlyazmaları, sənədləri, eləcə də şairin rəsm albomu ilə tanış olub.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR