Dünyanın ən bahalı hərracı keçirildi - FOTO

16.11.2017 11:09

Dünyaca məşhur XVI əsr intibah rəssamı Leonardo da Vinçinin İsa peyğəmbəri təsvir edən "Salvador Mundi” ("Dünyanın xilaskarı”) adlı tablosu açıq hərracda 450,3 milyon dollara satılıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 500 illik əsər ABŞ-ın Nyu-York şəhərində təşkil olunan hərracda satılıb. 450,3 milyon dollarlıq satış indiyə qədər hərracda bir sənət əsərinə ödənilən ən böyük məbləğdir.

1519-cu ldə vəfat edən Leonardo da Vinçinin günümüzə 20-dən daha az əsəri gəlib çatmışdır. Da Vinçinin sözügedən tablosu şəxsi kolleksiyaya qatılacaq. Mütəxəssislər əsərin 1505-ci ildən sonra yaradıldığını düşünür.

1958-ci ildə Londondakı hərracda 60 dollara satılmış bu əsərin Leonardo Da Vinçinin olduğu bəlli deyildi. 2005 ci ildə "İtmiş Leonardo” ləqəbi qoşulan bu tablonun məşhur rəssama aid olması bəlli oldu. 4 il əvvəl isə bu tablonu bir rus kolleksioneri 127 milyon dollara almışdı.

Leonardo da Vincinin Dünyanın Kurtarıcısı tablosu 450 milyon dolarlık rekor fiyata satıldı

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR