42-ci Beynəlxalq Qahirə Film Festivalının açılışı olub

03.12.2020 16:26

Yaxın Şərq və Afrikada ən populyar olan Beynəlxalq Qahirə Film Festivalı 42-ci dəfə qapılarını qonaqların üzünə açıb.

Dekabrın 2-də Misirin paytaxtında keçirilən açılış mərasimində bu ölkənin mədəniyyət naziri Əbdel Dayem, turizm naziri Xalid Ənani və digər rəsmi şəxslər, müxtəlif ölkələrdən gəlmiş məşhur kinorejissor və aktyorlar iştirak ediblər. COVID-19 pandemiyası şəraitində keçiriləcək festivalda kinoteatrlarda dezinfeksiya işləri aparılıb.

Festivalın yeddi nəfərdən ibarət jürisinə məşhur rus kinorejissoru Aleksandr Sokurov rəhbərlik edir. Zəngin proqramı olan bu kinofestival çərçivəsində dahi italyan rejissoru Federiko Fellininin 100 illik yubileyi münasibətilə tədbir də keçiriləcək.

Dekabrın 10-da başa çatacaq festivalda Avropa və Yaxın Şərq ölkələri kinematoqrafçılarının 2020-ci ildə lentə aldıqları tammetrajlı və qısametrajlı filmlər nümayiş etdiriləcək. Jüri ən yaxşı film, rejissor, aktyor və aktrisa nominasiyaları üzrə qalibləri müəyyən edəcək.azertac

Nərmin Məcidli

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR