Heydər Əliyev Mərkəzi MDB-də müasir incəsənət mərkəzlərinin top üçlüyünə daxil olub

21.04.2020 12:41

Rusiyanın "TurStat” turizm portalı MDB ölkələrinin ziyarətlər, onlayn-turlar və virtual ekskursiyalar üçün populyar olan ən yaxşı muzeylərinin və müasir incəsənət mərkəzlərinin reytinqini təqdim edib.

MDB-nin ən yaxşı müasir incəsənət mərkəzlərinin ilk beşliyində Minskdəki Belarus Respublikası Milli Müasir İncəsənət Mərkəzi, Bakıdakı Heydər Əliyev Mərkəzi, Nur-Sultandakı Sülh və Həmrəylik Sarayı (Piramida) və digərləri yer alıb.

Reytinq muzeylərin populyarlığı, virtual turlar və muzey ekspozisiyaları üzrə ekskursiyaların təklifi baxımından aparılan tədqiqatların nəticələri əsasında tərtib edilib.

Rusiyada "Qaraj” muzeyi və Moskva Müasir İncəsənət Mərkəzi liderdir.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR