Hollivudun tanınmış prodüseri 23 il azadlıqdan məhrum edilib

11.03.2020 22:34

Hollivudun tanınmış prodüseri Harvey Vaynştayna 23 il həbs cəzası verilib.

Xezerxeber.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Nyu-York məhkəməsi bu barədə hökm çıxarıb. Prodüser təcavüz və cinsi zorakılıqda günahlandırılıb.

Xatırladaq ki, prodüser Harvey Vaynştayn haqqında təcavüz iddiaları oraya çıxdıqdan sonra #MeToo kampaniyası başlayıb. Bu kampaniyada 85 ölkədən insanlar iştirak edib.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR