Van Qoqun tablosu 15 milyon avroya satılıb

11.03.2020 17:51

Van Qoqun "Kəndli evi ilə peyzaj” tablosu 15 milyon avroya satılıb.

Xezerxeber.az-ın "RİA” Novostiyə istinadən verdiyi xəbərə görə, sövdələşmə Niderlandın Maastrixt şəhərində keçirilən TEFAF incəsənət və antikvar sərgisində baş tutub. 1885-ci ildə çəkilən tablo 1967-ci ildə kənd yarmarkasında 4, bir il sonra isə Londonda 45 funta satılıb. 1970-ci ildən başlayaraq şəkil dörd dəfə Sotbis hərracına çıxarılıb. 2001-ci ildə təşkil edilən sonuncu hərracda isə 1.7 milyon dollara ABŞ vətəndaşı tərəfindən əldə edilib.

"Kəndli evi ilə peyzaj" tablosu şənbə günü açılan sərginin ən bahalı əşyası olub.

Qeyd edək ki, TEFAF incəsənət və antikvar sərgisi martın 15-dək davam edəcək.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR