Hollivud ulduzu Kirk Duqlas vəfat edib

06.02.2020 09:11

Hollivud ulduzu Kirk Duqlas 103 yaşında dünyasını dəyişib.

Xezerxeber.az xəbər verir ki, bu barədə aktyorun oğlu Maykl Duqlas deyib.

Qeyd edək ki, Kirk Duqlas kinoda bir çox rolları ilə məşhurdur. O, "Spartak” və "Detektiv tarixi” filmlərində rol oynayıb. O həmçinin on kitab yazıb.

Əfsanəvi aktyor kinematoqrafiya tarixində ən məşhur və müvəffəqiyyətli kişi aktyorlardan biri hesab edilir.

© xezerxeber.az


194 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR