Venesiya UNESKO-nun “qara siyahısı”na salına bilər

29.01.2020 17:58

UNESKO-nun məşvərət missiyası qurumun Çində keçiriləcək 43-cü sessiyasına hazırlıq məqsədilə Venesiyaya gəlib.

Qapalı keçən bir neçə saatlıq iclasda mövcud sənədlərlə tanışlıq olub. Sonra isə missiya şəhərdə mədəni irs hesab edilən bütün abidələrə yenidən baxış keçirib.

Ötən ilin yayında şəhərin meri Luici Bruqnaro tərəfindən San-Marko hövzəsindəki gəmilərin köçürülməsi barədə edilən xahişə iyul ayında baxılması qərara alınıb. Bundan əlavə, Forte San-Feliçe adasının da mədəni irs siyahısına daxil edilməsi təklif olunub.

Qeyd edək ki, ötən yay Venesiya rəhbərliyi şəhəri UNESKO-nun "qara siyahısı”na salmağı təklif edib. Venesiya "qara siyahı”ya salınsa, bu şəhərə gələnlərə müəyyən məhdudiyyətlər tətbiq ediləcək. Meri kəskin tədbirlər görməyə vadar edən səbəb Venesiyanın əsas kanallarından birində gəminin kruiz gəmisi ilə toqquşması olub. Luici Bruqnaronun tələbi UNESKO mütəxəssisləri tərəfindən təsdiqlənərsə, şəhər məhv olmaq təhlükəsi olan abidələrin siyahısına daxil ediləcək. Bu məsələ qurumun 2019-cu ildə Bakıda keçirilən iclasında da müzakirə olunmuşdu. (AZƏRTAC)

© xezerxeber.az


141 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR