Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib - FOTO

16.11.2019 09:49

Dünya dini liderlərinin II Sammiti çərçivəsində Azərbaycanda səfərdə olan Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib ki, dini lideri Azərbaycandakı Rus Pravoslav Kilsəsinin din xadimləri və rəsmi şəxslər qarşılayıb. Azərbaycanda yaşayan pravoslav icmasının üzvləri ilə görüşən Patriarxın şərəfinə dini ayin icra olunub.

Nəzərə çatdıraq ki, Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən "Bakı Prosesi”, "Multikulturalizm” və "İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

© xezerxeber.az

FOTOQALERIYA






103 dəfə oxunub

XƏBƏRLƏR

09.12.2019 11:18

Birjalarda neftin qiyməti

ÇOX OXUNANLAR