Amerikalı aktyor Castin Timberleyk kinoya qayıdır

06.09.2019 13:58

Amerikalı aktyor və müğənni Castin Timberleyk ekranlara qayıdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə "The Hollywood Reporter” jurnalı məlumat yayıb.

Bildirilir ki, aktyor çəkilişlərinə payızda başlanılacaq "Palmer” filmində baş rolu oynayacaq.

Süjetə əsasən, Timberleykin qəhrəmanı məktəbdə ulduz futbolçu olur, sonra isə həbsxanaya düşür. O, məhkumluq həyatından sonra doğma şəhərinə qayıdır və burada öz keçmişi ilə bağlı çətinliklərlərlə üzləşir.

Qeyd edək ki, bir müddət əvvəl aktyor ailəsinə daha çox vaxt ayırmaq üçün karyerasına son verdiyini açıqlamışdı.

© xezerxeber.az


125 dəfə oxunub

ÇOX OXUNANLAR