Efiopiyada 3,8 milyon il yaşı olan avstralopitek kəlləsi aşkar edilib

29.08.2019 14:49

Arxeoloqlar Efiopiyanın şimal-şərqində 3,8 milyon il yaşı olan anam avstralopitekinin kəlləsini aşkar ediblər. 

Bu barədə məlumat "Nature” elmi-populyar jurnalında dərc olunmuş məqalədə yer alıb.

Arxeoloji tapıntının analizi elmdə ilk insanların meymunabənzər əcdadlardan əmələ gəlməsi barədə uzun illər formalaşmış təsəvvürləri şübhə altına alır. Hesab olunur ki, anam avstralopiteki Homo (insan) nəslinin əmələ gəldiyi afar avstralopitekinin əcdadı olub. Lakin tapıntının yaşı göstərir ki, anam avstralopiteki afarların əcdadı olmayıb. Alimlər belə qənaətə gəliblər ki, onlar eyni zamanda minimum 100 min il yaşayıblar.

Avstralopitek kəlləsi Afar bölgəsinin Miro-Dora adlanan ərazisində professor Yohannes Hayle-Sesassie tərəfindən aşkar olunub. O, Amerikanın Klivlend Təbiətşünaslıq Tarixi Muzeyi ilə əməkdaşlıq edir. Professor bildirib ki, bu kəllə 3 milyon ildən çox yaşı olan analoji kəşflər arasında ən yaxşı vəziyyətdə günümüzədək çatan tapıntıdır.

19734-cü ildə Efiopiyada Lyusi adlandırılan afar avstralopitekinin skeletinin bir hissəsi tapılıb. O, 3,18 milyon il bundan əvvəl yaşayıb.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR