Məşhur italiyalı aktyor vəfat edib

24.08.2019 12:00

Məşhur italiyalı aktyor Karlo Delle Pyane 83 yaşında Romada vəfat edib.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib.

Aktyorun həyat yoldaşı bildirib ki, Karlo Delle Pyane bu yaxınlarda aktyor karyerasının 70 illiyini qeyd edib. O, Alberto Sordi, Vittorio De Sika, Toto, Pupi Avati kimi rejissorlarla işləyib.

Karlo Delle Pyane "Tələbə yürüşü" filmində ("Una gita scolastica", 1983-cü il) yaratdığı uğurlu rola görə "Qızıl qlobus" mükafatı və Venesiya kino festivalının Pazinetti mükafatı laureatı olub. O, həmçinin "Milad hədiyyəsi" filmində ("Regalo di Natale", 1986-cı il) uğurlu roluna görə "Gümüş aslan" mükafatı qazanıb.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

17.09.2019 16:47

Ziynet Sali evləndi

ÇOX OXUNANLAR