Salyanda 250 yaşı olan “Quran” kitabları saxlanılır

05.06.2019 16:23

Qafqaz müsəlmanlarının III şeyxülislamı Şeyx Əhməd Səlyaniyə məxsus 250 ildən artıq yaşı olaniki "Quran” Nizami Gəncəvi adına Salyan şəhər mərkəzi kitabxanasında saxlanılır. Şeyx Əhməd Səlyaniyə məxsus olan bu kitablar kitabxananın xüsusi şöbəsində qorunur.

Salyan mərkəzləşdirilmiş kitabxanasında bir neçə ildir "Kitab abidələr”i mövcuddur.

Həmin kitablar dövlət reystr xidmətində qeydiyyatdan keçərək xüsusi şöbədə saxlanılır. Kitabxananın mübadilə şöbəsində qorunan 114 adda "Kitab abidələr”in bir əsrdən çox yaşı var. Bunlardan 69-u lüğət tərkibli, 15-i söz birləşmələri haqda ensiklopedik lüğət, 6-sı isə yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları isə "Quran” kitabının nümunələridir. Bunların arasında ən dəyərlisi iki Qurani-Kərim kitabıdır. Həmin kitablar Şeyx Əhməd Səlyaniyə məxsus kitablardır.

Deyilənlərə görə, Şeyx Əhməd Səlyani təxminən 1865-ci ildə həmin bu kitablardan istifadə edib. Ondan yadigar qalan bu kitablar 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbağır ağa Ağazadə kimsənin əlinə keçməsin deyə torpağın altında basdırıb. Qazıntı zamanı bir neçə il bundan öncə həmin kitablar aşkar edilib və şəxsi evlərdə qorunaraq saxlanılıb. Bu yaxınlarda isə həmin kitablar mərkəzi kitabxanaya hədiyyə verilib.

Qeyd edək ki, 1812-ci ildə Salyanda doğulub 1887-ci ildə Tiflisdə dünyasını dəyişmiş, dövrünün görkəmli islamşünas alimi, Qafqaz müsəlmanlarının III şeyxülislamı olan Şeyx Əhməd Səlyani Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, dahi mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır./oxu.az

© xezerxeber.az


187 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR