İham Əliyevin sənəd kolleksiyasının təqdimatı keçirilib

17.05.2019 16:39

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəllifi olduğu və onun haqqında yazılan sənəd kolleksiyasının təqdimatını keçirib.

Təqdimatda MEK-in direktoru Leyla İmanova kitabxananın ilk oxucu kartının sahibi, Prezident İlham Əliyevin kolleksiyasının Sərgi salonunda daimi sərgiləndiyini və mütəmadi olaraq kolleksiyanın elektron resurslarla zənginləşdirildiyini bildirib. MEK direktoru qeyd edib ki, kolleksiya 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsində informasiya dəstəyi olaraq oxucuların istifadəsinə verilib.

Sonra MEK-in İstifadəçilərə xidmət və nəzarət bölməsinin əməkdaşı Həmidə Müzəffərli kolleksiyada yer alan kitab, sənəd və elektron resurslara dair məlumat verib. Qeyd edib ki, kolleksiyada Azərbaycan və xarici dillərdə 300-ə yaxın çap və elektron formatda müxtəlif sənədlər mövcuddur. H.Müzəffərli kolleksiyada oxucuların diqqətini çəkən bir çox kitabların məzmunu haqqında da məlumat verib. Həmin kitablarda ölkəmizin daxili və xarici siyasət strategiyası, milli dövlətçiliyə doğru keçdiyi tarixi yol və s. məsələlərin geniş təhlil edildiyini qeyd edib.

Təqdimatda çıxış edən iştirakçılar kolleksiya ilə bağlı fikirlərini səsləndiriblər. Kolleksiyada toplanılmış kitabları gənc tədqiqatçılar üçün zəngin məlumat mənbəyi kimi dəyərləndiriblər.

© xezerxeber.az

FOTOQALERIYA






254 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR