Hörümçək-adam haqqında filmlərin ssenari müəllifi vəfat edib

11.05.2019 12:13

Amerikalı ssenarist, iki dəfə "Oskar” mükafatı laureatı Elvin Sarcent 92 yaşında vəfat edib. AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı "Deadline” nəşri yayıb.

E.Sarcent 1927-ci ildə Pensilvaniya ştatının Filadelfiya şəhərində anadan olub. O, "Qamma-şüaların qızçiçəklərinın davranışına təsiri” (1972), "Ağ saray” (1990), "Özgə pulları” (1991), "Boqus” (1996), "Vəfasız” (2002) kimi filmlərin, habelə rejissor Sem Reyminin "Hörümçək-adam” filminin ikinci və üçüncü hissələrinin (2004 və 2007), "Yeni Hörümçək-adam” (2012) filminin ssenari müəllifi olub.

E.Sarcent 1978-ci ildə "Culiya” (1977) və 1981-ci ildə "Adi insanlar” (1980) filmlərinə yazdığı ən yaxşı uyğunlaşdırılmış ssenarilərə görə "Oskar” mükafatlarına layiq görülüb, habelə "Kağız ay” (1973) filminin ssenarisinə görə "Oskar” mükafatına namizədliyi irəli sürülüb. 1979-cu ildə ona Britaniya Kino və Televiziya Sənətləri Akademiyasının (BAFTA) mükafatı, 2005-ci ildə isə "Saturn” mükafatı təqdim edilib.

© xezerxeber.az


209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR