Hüseyn Cavidin "İblis" pyesi İstanbulda səhnəyə qoyuldu

18.04.2019 11:08

İstanbul Böyükşəhər Bələdiyyəsinin şəhər teatrında Əməkdar incəsənət xadimi, aktrisa Məlahət Abbasovanın görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin "İblis" pyesi əsasında quruluş verdiyi eyniadlı tamaşanın təqdimatı olub.

Tamaşanın ilk təqdimatında mədəniyyət naziri Əbülfəz Qarayev, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, tamaşanın baş məsləhətçisi, "Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, hər iki ölkədən tanınmış ictimai xadimlər, sənət adamları iştirak ediblər.

Türkiyənin tanınmış aktyorları – Rıdvan Çələbi, Arifi Gənc, Əmrə Narcı, Nurseli Tırışkan və Şənay Bağın da yer aldığı tamaşada İstanbul şəhər teatrlarında ilk dəfə olaraq texnologiyanın yeniliklərindən istifadə olunub. "Maping” 3D işıq cihazlarının, səs effektlərinin tətbiq olunduğu tamaşa izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. İstanbulun teatr səhnələri üçün ilk olan, kino effekti ilə seçilən bu qurğunun tamaşaya xüsusi görkəm verib.

Onu da qeyd edək ki, "İblis” tamaşasının yaradıcı heyəti, İstanbuldan sonra Bakıda, sənətsevərlərin görüşünə gələcək.

© xezerxeber.az


594 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR