Tanınmış şairə və tərcüməçi Nadejda Paina vəfat edib

28.03.2019 09:03

Tanınmış şairə və tərcüməçi Nadejda Paina vəfat edib.

Rusiyanın Azərbaycan icmasının başçısı, akademik Fazil Qurbanov Nadejda Painanın doğmalarına və yaxınlarına Rusiyanın Azərbaycan diasporu adından və şəxsən öz adından dərin hüznlə başsağlığı verib. Məktubda bildirilir ki, N.Paina Azərbaycan poeziyasının təbliğinə böyük töhfə verib. Onun əsərlərindən ibarət toplular Rusiyadakı Azərbaycan diasporunun dəstəyi ilə müntəzəm çap edilib.

Məktubda deyilir: "Nadejda Moiseyevna Rusiyada yaradıcı Azərbaycan ziyalılarının çoxsaylı ədəbi gecələrinin və digər tədbirlərin tez-tez qonağı olub. Azərbaycan və rus mədəniyyətlərinin və dillərinin özəllikləri lap gənc yaşlarından onun qanına hopub. Nadejda Moiseyevnanın dərindən bildiyi Azərbaycan tarixinə, mədəniyyətinə, poeziyasına böyük məhəbbəti də elə buradan qaynaqlanır”.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR