Bülbülün Memorial Muzeyində İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd edilib

16.03.2019 17:14

Bülbülün Memorial Muzeyində Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin fond müdiri Nigar İsgəndərova Prezident İlham Əliyevin noyabrın 15-də imzaladığı "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını xatırladaraq bununla bağlı ölkəmizdə silsilə tədbirlərin keçirildiyini söyləyib.

Qeyd edib ki, Nəsiminin ədəbiyyatda, incəsənətdə parlaq obrazı yaradılıb, eləcə də 1979-cu ildə ölkəmizin paytaxtında heykəli ucaldılıb. 2017-ci ilin mayında Parisdə UNESCO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının şagirdlərinin səhnələşdirdiyi "Nəsiminin 650 illik yubileyi” çərçivəsində teatr şöbəsi tərəfindən hazırlanan ədəbi-bədii kompozisiya tamaşaçılara təqdim edilib.

Sonunda "Nəsimi” filmindən şairin "Sığmazam” qəzəlindən səhnə nümayiş olunub.

© xezerxeber.az

FOTOQALERIYA






341 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR