Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Mərkəzi Asiyanın ən dərin mağarası Özbəkistandadır - FOTO

12.01.2019 09:42

Özbəkistandakı Boy-Bulak mağarası Mərkəzi Asiyada ən dərin mağaradır.

AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, 1971-ci ildə mağaranın yaxınlığındakı Duybolo kəndinin sakini Mustafakul Zakirov yaşadığı kənd üçün su axtarmaq məqsədilə mağaraya gedib və itib. 14 il ondan soraq gəlməyib.

1985-ci ildə Ural speleoloqları Surxantau dağ silsiləsindəki bu mağaraya giriblər. Dərinliyə düşəndə isə bulaq və insan sümüklərinə rast gəliblər. Bu, Mustafakul Zakirovun qalıqları olub. Qalıqlar dəfn olunmaq üçün kəndə göndərilib.

Boy-Bulaq özbək dilində "zəngin bulaq” deməkdir. Alimlər müəyyən edib ki, mağaradan axan bulağın suyu minerallar və duzlarla zəngindir.

Mağaranın ümumi dərinliyi 1415 metrdir, 20-30 metr dərinlikdə üç quyu var. Bulaq da buradan axır. Mustafakul Zakirov da məhz bu bulağı tapmaq ümidi ilə mağaraya getmişdi. Onun ölümünün səbəbi isə sirr olaraq qalır.

© xezerxeber.az

FOTOQALERIYA






274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR