Varis 2018-ci ilin yazıçısı elan olunub

19.12.2018 12:13

Azərbaycan ədəbiyyatını beynəlxalq miqyasda layiqincə təmsil edən yazıçı Varis növbəti uğura imza atıb.

O, Rusiyanın nüfuzlu "Rossiyskiy kolokol” ədəbiyyat jurnalının versiyası üzrə "İlin yazıçısı” elan olunaraq 2018-ci il Rusiya ədəbi mükafatına layiq görülüb.

Yazıçımız diplom və laureat medalı ilə təltif olunub. 2019-cu ildə Varisin romanlarından biri yüksək tirajla "Rossiyskiy kolokolun kitabxanası" seriyasından çap olunacaq.

Qeyd edək ki, "Rossiyskiy kolokol" hazırda Rusiyanın ən yüksək tirajla çıxan ədəbiyyat jurnalıdır (20000 nüsxə). İl ərzində jurnalın bir neçə kağız və elektron almanaxları da işıq üzü görür. Jurnal Rusiya ilə yanaşı, Almaniya, Fransa, İsrail, İspaniya, Bolqarıstan, Serbiya və s. ölkələrdə yayılır, Böyük Britaniyada isə ingilisdilli variantı çap olunur.

"Rossiyskiy kolokol"un baş redaktoru həm də "Literaturnaya qazeta"nın baş redaktoru Mixail Zamşevdir. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






413 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR