Budapeşt etnoqrafiya muzeyinin binası ilin memarlıq layihəsi seçilib

16.12.2018 09:37

Budapeştdəki etnoqrafiya muzeyinin yeni binası daşınmaz əmlak sahəsində International Property mükafatının versiyası üzrə ilin memarlıq layihəsi seçilib.

Xezerxeber.az xəbər verir ki, Budapeşt muzeyi ilə yanaşı, bu nominasiyada qələbəyə 115 şəhərdən 1700 layihə iddia edirdi.

Mükafatın münsiflər heyəti muzeyi layihələndirən Macarıstan memarlıq studiyasının işini qiymətləndirib və qeyd edib ki, binanın sadə, lakin dinamik dizaynı yerləşdiyi parkın təbiəti ilə ahəngdar şəkildə uzlaşdırılıb. Layihənin əlavə müsbət cəhəti tikilinin 60 faizinin yer səthindən aşağıda yerləşməsi olub. Bu da onun ətraf mühitə daha çox adaptasiyasına imkan yaradıb.

© xezerxeber.az


312 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR