Rostropoviçin violonçeli 2,5 milyon dollara satıldı

29.11.2018 14:30

Görkəmli Azərbaycan musiqiçisi Mstislav Rostropoviçə məxsus olmuş və 1783-cü ildə italiyalı usta Covanni Qvadanini tərəfindən düzəldilmiş violonçel Londonda hərracda 2,5 milyon dollara satılıb.

Bu musiqi aləti Rostropoviçlərin kolleksiyasından satılmış ən bahalı alət olub.

M.Rostropoviç həmin violonçeli 2000-ci ildə əldə etmişdi.

Musiqiçinin qızları – Yelena və Olqa tərəfindən onun digər alətləri də hərraca çıxarılıb.

Belə ki, onun digər violonçeli 782 min dollara satılıb. Bundan başqa, hərracda M.Rostropoviçin royalı və digər məişət əşyaları da olub. Kolleksiyadan əldə edilən ümumi gəlir 5 milyon dollardan çox olub. (Trend)

© xezerxeber.az


448 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR