Azərbaycanlı heykəltəraşın “Tum satan qadın” kompozisiyası Xarkovun vizit kartına çevriləcək - FOTO

26.09.2018 14:24

Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovun müəllifi olduğu daha bir heykəl Xarkov şəhərindəki tarixi bazarın qarşısında ucaldılıb. "Tum satan qadın” obrazlı heykəl-kompozisiya şəhər sakinlərinin marağına səbəb olub.

S.Qurbanov AZƏRTAC-a bildirib ki, Xarkovda əhalinin əhval-ruhiyyəsini qaldıran kompozisiyanın ucaldılmasını çox illərdir, fikirləşib: "Blaqoveşenskiy” bazarı Xarkov şəhərinin tarixi və vizit kartıdır. Düşünürəm ki, bu heykəl-kompozisiya da şəhərin vizit kartına çevriləcək. Kompozisiyada qadının ayaqları altında tum dolu çuvalın yanında yatmış pişik və tum çuvallarının birində "Uğur olsun!” ifadəsinin yazılması, insanların ora xoş ənənə olan qəpik pulların qoyulması ilə nəticələnəcək”.

Onun sözlərinə görə, bu kompozisiya insanlarda pozitiv enerji və təbəssüm hissi yaradacaq. Bu görüntü Ukrayna xalqının ruhunun xeyirxahlığı və səxavətini əks etdirir.

© xezerxeber.az

FOTOQALERIYA






604 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR