Adanada Azərbaycan kinosunun 120 illik yubileyi münasibətilə mərasim başlanıb

23.09.2018 18:40

Türkiyənin Adana şəhərində keçiriləcək XXV Beynəlxalq Film Festivalı çərçivəsində Azərbaycan kinosunun 120 illiyinə həsr olunan yubiley mərasimi keçirilir.

Mərasim Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə TÜRKSOY-un tərəfindən birgə təşkil olunub.

Adana Atatürk Sənət Qalereyasında təşkil olunan tədbirdə Azərbaycan və Türkiyəni təmsil edən kino və teatr xadimləri, eləcə də çox sayda xarici qonaq və festival iştirakçısı qatılıb.

Mərasimdən əvvəl Azərbaycan kinosunun tarixini və inkişafını əks etdirən fotosərginin açılışı olub.

Tədbir çərçivəsində Azərbaycan filmlərinin nümayişi nəzərdə tutulub. (AZƏRTAC)

© xezerxeber.az


572 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR