Bakı
31 C
USD
EUR
1.7000
1.9944
RUB
GBP
0.0271
2.2843
XƏBƏR
ARXİVİ

Ceyms Bond haqqında növbəti film çəkilir

23.09.2018 09:06

Populyar "007” serialının növbəti seriyasının rejissoru yapon əsilli amerikalı Keri Coci Fukunaqa olacaq.

Bu barədə NHK telekanalı məlumat yayıb. Serialın prodüsserləri bildiriblər ki, çoxplanlı və innovativ yanaşma onu Ceyms Bond barədə növbəti sərgüzəştləri lentə almaq üçün ən layiqli namizəd edir. Bu, Böyük Britaniyanın məxfi xidmət agentinin fantastik sərgüzəştləri barədə 25-ci film olacaq.

Britaniyalı kinorejissor Denni Boyl prodüsserlərin "kreativ fikir ayrılığı” kimi qələmə verdikləri səbəblərə görə layihəni avqustda tərk edib.

Yeni filmin çəkilişlərinə gələn ilin martında başlanacaq. Filmin 2020-ci ilin fevralında prokata çıxarılması planlaşdırılır. (AZƏRTAC)

© xezerxeber.az


404 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR