Azərbaycanlı ifaçı Astanada keçirilən beynəlxalq festivalda qalib olub

15.09.2018 09:31

Astanada xalq instrumental alətləri ifaçılarının II Beynəlxalq festivalı keçirilib. Qazaxıstan bəstəkarı, qazax kobuz ifaçısı Tilep Aspantayulnın 260 və Astana şəhərinin 20 illik yubileylərinə həsr olunmuş festivalda 15 ölkədən simli alətlərin ifaçıları iştirak ediblər.

Üç gün davam edən festivalda Azərbaycan, Qazaxıstan, Hindistan, Özbəkistan, Yaponiya, Çin, Qırğızıstan, İran və digər ölkələrdən ifaçılar yarışıblar. Ölkəmizi festivalda kaman ifaçıları - Əməkdar Artist Rauf İslamov və Mədinə Şahgəldiyeva təmsil ediblər.

Festivalda iştirakçılar qazax xalq musiqilərini ifa ediblər.

Simli xalq çalğı alətləri festivalı qala-konsertlə başa çatıb.

Həmyerlimiz Mədinə Şahgəldiyeva festivalın qalibi adına layiq görülüb.

Həmyerlimizin ifası məşhur bəstəkarlardan, mədəniyyət xadimlərindən, beynəlxalq müsabiqələrin qaliblərindən və ifaçılardan ibarət münsiflər heyəti tərəfindən alqışla qarşılanıb.

Laureatlara diplomlar, qiymətli hədiyyələr və mükafatlar təqdim edilib. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






241 dəfə oxunub

XƏBƏRLƏR

11.12.2018 16:38

İrlandiyada vergi sistemi

ÇOX OXUNANLAR