Prado Muzeyi dünyada beş ən yaxşı muzeyin siyahısına daxil edilib

07.09.2018 15:11

Muzey müəssisələrinə "Travellers Choice” mükafatları təqdim edən "TripAdvisor” portalının versiyasına görə, Madriddəki Prado muzeyi ən yaxşı muzeylərin reytinqində dünyada beşinci, Avropada üçüncü və İspaniyada birinci yeri tutub.

Bu siyahıda dünyada birinci yeri Parisdəki Orse muzeyi tutur.

İspaniyanın ən yaxşı on muzeyinin siyahısına paytaxtdakı Prado muzeyindən əlavə, Tissen-Bornemisa muzeyi (Madrid), İncəsənət və Elmlər Şəhəri (Valensiya), Quqqenhaym muzeyi (Bilbao), Kraliça Sofiya İncəsənət Mərkəzi (Madrid), Hoakin Sorolyanın ev-muzeyi (Madrid), Sesar Manrike Fondu (Las-Palmas), Dali Teatr-muzeyi (Fiqeras), Milli Arxeologiya Muzeyi (Madrid) və Pikasso muzeyi (Barselona) daxildir.

"TripAdvisor” portalı bildirir ki, son bir ildə ispanlar tərəfindən muzeylərə giriş biletlərinin sayı 92 faiz artıb. (AZƏRTAC)

© xezerxeber.az


447 dəfə oxunub

XƏBƏRLƏR

16.02.2019 20:17

İstanbulda bina çöküb

ÇOX OXUNANLAR