Xalq artisti Xəyyam Mirzəzadə vəfat edib

30.07.2018 19:29

Azərbaycanın Xalq Artisti, "Şöhrət” və "Şərəf” ordenli Xəyyam Mirzəzadə vəfat edib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iyulun 31-də görkəmli bəstəkarla Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında vida mərasimi keçiriləcək.

Qeyd edək ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunub. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estrada və caz pyeslərinə musiqi bəstələyib.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR